Şebekinoya zərbə nəticəsində 4 nəfər ölüb
Belqorod vilayətinin Şebekino şəhərinə endirilən zərbə nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, Belqorod vilayətinin qubernator səlahiyyətlərini icra edən Aleksandr Şuvayev bu barədə sosial şəbəkələrdə məlumat yayıb.
Onun sözlərinə görə, ölənlər arasında həkim, təcili tibbi yardım feldşeri və ər-arvad olub. Yaralanan 3 kişidən biri təcili tibbi yardım avtomobilinin sürücüsüdür.
Yaralılara Şebekino Mərkəzi Rayon Xəstəxanasında təcili tibbi yardım göstərilir. Daha sonra onların müalicəsinin Belqoroda davam etdiriləcəyi, zərurət yaranacağı halda federal klinikalara göndəriləcəyi bildirilib.
Şuvayevin sözlərinə görə, zərbə nəticəsində iki təsərrüfat tikilisi dağılıb və yanğın baş verib.
Bundan başqa, iki çoxmənzilli binanın şüşələri, bir fərdi ev, qaraj və avtomobil zədələnib. Şebekino dairəsinin Dobroye kəndində isə daha bir avtomobilin Ukrayna dronunun zərbəsi nəticəsində zədələndiyi bildirilib.
Hadisənin digər nəticələri ilə bağlı məlumatların dəqiqləşdirildiyi qeyd olunub.
10:43 04.09.2026
Oxunuş sayı: 41