ABŞ demokratları Ukraynaya 15 milyard dollarlıq yardım paketi hazırlayır
ABŞ Konqresindəki demokratlar Ukraynaya təxminən 15 milyard dollar dəyərində yeni təhlükəsizlik yardımı paketini müzakirə edirlər.
Crossmedia.az xəbər verir ki, “Financial Times” nəşri bu barədə məlumat yayıb.
Məlumata görə, demokratlar Ukraynaya dəstəyin artırılması və Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi məqsədilə Konqresin büdcə və nəzarət səlahiyyətlərindən istifadə etməyi planlaşdırırlar.
Bundan əlavə, ABŞ-ın illik Milli Müdafiə Səlahiyyətləri Aktına (NDAA) sanksiyalar, kəşfiyyat dəstəyi və hava hücumundan müdafiə sistemləri üçün raket-interseptorların tədarükü ilə bağlı düzəlişlərin daxil edilməsi müzakirə olunur.
Nəşrin yazdığına görə, qanunvericilər Ukraynanın enerji infrastrukturuna və hava hücumundan müdafiə imkanlarına təcili dəstək göstərilməsini də prioritet hesab edirlər.
21:18 07.11.2026
Oxunuş sayı: 46