Fransada təyyarələrə saxta bomba hədələri araşdırılır
Paris prokurorluğu Fransanın hava məkanında uçuşları hədəf alan saxta bomba hədələri ilə bağlı elektron məktubların xarici qüvvələrlə əlaqəsinin olub-olmadığını araşdırır.
Məlumatda konkret hansı dövlətlərin və ya qurumların nəzərdə tutulduğu açıqlanmır.
Paris prokurorluğu Fransanın hava məkanında uçan təyyarələrə ünvanlanan saxta bomba hədələri ilə bağlı elektron məktubların müəlliflərini müəyyənləşdirməyə çalışır. Araşdırma çərçivəsində bu şəxslərin “xarici qüvvələrlə” mümkün əlaqələri də yoxlanılır.
Məlumata görə, həftə ərzində Avropada onlarla kommersiya uçuşu bomba hədələrinin hədəfinə çevrilib. Bəzi təyyarələr istiqamətini dəyişməli olub, digərlərində isə təhlükəsizlik yoxlamaları aparılıb. Hadisələr zamanı partlayıcı qurğu aşkarlanmayıb.
21:29 07.11.2026
Oxunuş sayı: 48