Paris küçələrində gərginlik: Polis etirazçıları mühasirəyə aldı
Fransanın paytaxtı Parisdə polis “Sarı jiletlilər” hərəkatının etirazçılarının Razılıq meydanına girişini məhdudlaşdırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Agentliyin müxbirinin verdiyi məlumata görə, polis meydanı mühasirəyə alaraq ərazidə təhlükəsizlik kordonu yaradıb. Etirazçılar axşama qədər ərazini tərk etməyəcəklərini bildiriblər. Onlar əllərində plakatlarla yerdə oturaraq etiraz aksiyasını davam etdirirlər.
Aksiya iştirakçıları etiraz hüququnun qorunmasını, təhlükəsizlik qurumlarına ayrılan maliyyənin azaldılaraq təhsil, səhiyyə və sosial ehtiyaclara yönəldilməsini tələb edirlər. Onlar həmçinin varlı vətəndaşların və iri şirkətlərin vergilərinin artırılmasını istəyirlər.
Polis əməkdaşları aksiyanın Paris Polis Prefekturası ilə razılaşdırılmadığını təsdiqləyiblər. Bildirilib ki, aksiyada iştirak edən hər kəs 135 avro məbləğində cərimələnəcək.
19:33 07.11.2026
Oxunuş sayı: 87