Hörmüz boğazında neft tankeri minaya düşüb
İran Hərbi Dəniz Qüvvələri Komandanlığı Hörmüz boğazının şərqində bir neft tankerinin minaya düşdüyünü açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Bildirilib ki, noyabrın 7-də səhər saatlarında bir neft tankeri izləmə sistemlərini söndürərək Hörmüz boğazının şərq hissəsindən keçməyə çalışıb. Bu zaman gəmi minaya düşüb.
Açıqlamada mina partlayışından sonra tankerdə yanğın baş verdiyi və gəminin hərəkətini davam etdirə bilmədiyi qeyd olunub.
İran Hərbi Dəniz Qüvvələri təhlükəli ərazidən keçməyə çalışan digər gəmilərin də mina partlayışları ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
15:59 07.11.2026
Oxunuş sayı: 132