“Qalatasaray”ın futbolçusundan növbəti qol
“Qalatasaray”ın rusiyalı futbolçusu Aleksey Batrakov Türkiyə çempionatında növbəti dəfə fərqlənib.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə məlumat yayıb.
21 yaşlı futbolçu komandasının doğma meydanda “Amed”lə qarşılaşmasında matçın 60-cı dəqiqəsində qol vuraraq hesabı 3:0 edib. Məlumat yayılan vaxt görüşdə hesab 3:1 olub və ikinci hissə davam edib.
Beləliklə, Batrakov İstanbul təmsilçisinin heyətində keçirdiyi 13 oyunda altıncı qolunu vurub. Onun aktivində dörd məhsuldar ötürmə də var.
Qeyd edək ki, daha əvvəl “Lokomotiv”in yetirməsi sosial şəbəkələrdə ən çox izləyicisi olan rusiyalı futbolçu kimi tanınıb. Avqust ayından etibarən onun izləyicilərinin sayı 70 dəfə artıb.
22:08 07.11.2026
Oxunuş sayı: 41