Rusiya deputatı Putin və Zelenski görüşünə dair mövqeyini açıqladı
Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Vladimir Zelenskinin Qazaxıstanda görüşünü hazırkı mərhələdə məqsədəuyğun hesab etmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Gazeta.Ru” deputatın açıqlamasını yayıb.
Kolesnik Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın yeni təklifinin nəticə verməyəcəyini deyib. Onun fikrincə, Ukraynanın əsas məqsədi münaqişəni döyüş təmas xətti boyunca dondurmaqdır.
“Bu zaman NATO pərdəarxasında Ukraynanı gücləndirəcək, qoşunların sayını artıracaq, yenidən qruplaşdırma və rotasiya aparacaq. Xeyr, burada kağız deyil, dəmir kimi möhkəm təminat lazımdır”, - deyə deputat bildirib.
Kolesnik həmçinin hesab edir ki, Ukraynada uzunmüddətli və davamlı sülh üçün əsasları prezidentlər kimi yüksək vəzifəli şəxslər deyil, daha aşağı səviyyəli nümayəndələr hazırlamalıdır.
Bundan əvvəl Andrey Sibiqa Putin və Zelenskinin görüşünün Qazaxıstanda keçirilməsi imkanının Ukraynanın Xarici İşlər Nazirliyində müzakirə edildiyini bildirib. Onun sözlərinə görə, Kiyev Qazaxıstanın sülh nizamlanmasında vasitəçilik prosesində iştirakını alqışlayır.
12:13 04.09.2026
Oxunuş sayı: 42