Təyyarədə siqaret çəkən 25 yaşlı qadını enişdən sonra saxladılar
Moskva-Novosibirsk reysi ilə uçan 25 yaşlı qadın təyyarənin tualetində siqaret çəkdiyinə görə inzibati məsuliyyətə cəlb olunub.
Crossmedia.az xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin Sibir Federal Dairəsi üzrə nəqliyyat idarəsi bu barədə məlumat yayıb.
Hadisə uçuş zamanı baş verib. Təyyarə Tolmaçovo hava limanına endikdən sonra qaydaları pozan sərnişin saxlanılıb. Polis müəyyən edib ki, Altay diyarının sakini olan qadın təyyarənin tualetində siqaret çəkərək bortda qüvvədə olan qadağanı pozub.
Qadın barəsində müəyyən obyektlərdə tütün çəkməyin qadağan edilməsini pozduğuna görə Rusiya İnzibati Xətalar Məcəlləsinin 6.24-cü maddəsinin 1-ci hissəsi ilə protokol tərtib edilib. Onu inzibati cərimə gözləyir.
Nəqliyyat polisi xatırladıb ki, aviasiya qaydalarının pozulması hallarında aviaşirkət sərnişinin sonrakı daşınmasından imtina edə, həmçinin dəymiş zərərin və yaranan itkilərin ödənilməsini tələb edə bilər.
21:06 21.10.2026
Oxunuş sayı: 49