İsveç beynəlxalq xizək yarışlarında rusiyalı idmançıların iştirakına qarşıdır
İsveç Xizək Assosiasiyasının baş katibi Pernilla Bonde rusiyalı və belaruslu idmançıların beynəlxalq yarışlarda iştirakına qarşı olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, “Sport24” bu barədə məlumat yayıb.
Bonde qeyd edib ki, bununla yanaşı, İsveç tərəfi Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) qərarlarına və qaydalarına hörmət edir, onlara əməl etməyi davam etdirəcək.
O, viza məsələsinin İsveç İdman Konfederasiyasında da qaldırıldığını bildirib. Bununla belə, Bonde İsveçə girişə icazə verilməsi və vizaların verilməsi ilə bağlı qərarların Xizək Assosiasiyası tərəfindən deyil, müvafiq dövlət qurumları tərəfindən qəbul edildiyini vurğulayıb.
21:19 21.10.2026
Oxunuş sayı: 52