Almaniyada hərbi xidmət anketini doldurmayanlar cərimələnə bilər
Almaniyada hərbi xidmətə hazırlıqla bağlı sorğu anketini müəyyən edilmiş müddətdə doldurmayan gənc kişilərə 250 avroyadək cərimə tətbiq oluna bilər.
Crossmedia.az xəbər verir ki, “Handelsblatt” nəşri Almaniya Müdafiə Nazirliyinə istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, nazirlik anketə müəyyən edilmiş müddətdə cavab verməyən şəxslərlə bağlı inzibati xəta işləri üzrə icraata başlayıb.
Qayda pozuntusuna görə cərimənin məbləği 250 avroyadək çata bilər.
20:08 21.10.2026
Oxunuş sayı: 48