Ermənistan bu ölkələrlə azad ticarət imkanını itirə bilər
Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacağı təqdirdə təşkilatın beş tərəfdaş ölkəsi ilə azad ticarət rejimindən məhrum olacaq.
Crossmedia.az xəbər verir ki, “Sputnik” agentliyi bu barədə Avrasiya Hökumətlərarası Şurasının hesabatına istinadən məlumat yayıb.
Hesabata əsasən, söhbət İran, Vyetnam, Serbiya, Monqolustan və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) gedir.
Bildirilib ki, Ermənistanın Aİİ üzvlüyünə son qoyması bu ölkələrlə ittifaq çərçivəsində tətbiq edilən güzəştli ticarət imkanlarının itirilməsi ilə nəticələnəcək.
Qeyd olunur ki, İran və BƏƏ Ermənistanın ən böyük ticarət tərəfdaşları sırasındadır.
17:59 21.10.2026
Oxunuş sayı: 49