“Vikipediya”nın işində ciddi problem yaranıb
“Vikipediya”nın fəaliyyətində genişmiqyaslı nasazlıq yaranıb və dünyanın müxtəlif ölkələrindən istifadəçilər problemlərlə üzləşdiklərini bildirirlər.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” “Downdetector” platformasının məlumatlarına istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, problemlər Moskva vaxtı ilə saat 18:00 radələrindən müşahidə olunmağa başlayıb. Ən çox şikayət ABŞ-dən daxil olub və müraciətlərin sayı təxminən 2 minə çatıb.
Kanada, Braziliya, Böyük Britaniya, Almaniya, Fransa, Niderland, İspaniya, Hindistan və Yaponiya da daxil olmaqla bir sıra digər ölkələrdəki istifadəçilər də nasazlıq barədə məlumat veriblər.
İstifadəçilərin əksəriyyəti “Vikipediya”nın saytında və tətbiqində yaranan problemlərdən, eləcə də şəxsi hesablara daxil olmaqda çətinlik çəkmələrindən şikayətlənirlər.
20:44 21.10.2026
Oxunuş sayı: 55