Britaniyanın dövlət borcu rekord həddə yüksəlib
Böyük Britaniyanın dövlət borcu 2026-cı ilin sentyabrında tarixdə ilk dəfə 3 trilyon funt sterlinqi ötüb.
Crossmedia.az xəbər verir ki, ölkənin Milli Statistika İdarəsi bu barədə məlumat yayıb.
Qurumun açıqlamasında bildirilir ki, dövlət borcunun nominal həcmi rekord səviyyəyə çatsa da, onun ümumi daxili məhsula (ÜDM) nisbəti ötən ilin eyni dövrü ilə müqayisədə aşağı olub.
Bununla belə, borcun maliyyə yükü artmaqda davam edir. Sentyabrda dövlət borcu üzrə faiz ödənişləri 10,9 milyard funt sterlinq təşkil edib.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,6 faiz çoxdur və hökumətin proqnozunu 2 milyard funt sterlinq üstələyib.
21:34 21.10.2026
Oxunuş sayı: 50