Cənubi Afrikada 696 vaqonlu qatar yeni rekorda imza atıb
Cənubi Afrikada 696 vaqondan ibarət, uzunluğu 7,5 kilometrə çatan yük qatarı dünya rekordu müəyyən edib.
Crossmedia.az xəbər verir ki, “UPI” bu barədə məlumat yayıb.
Qatar Saldanya şəhərindən Şimali Keyp əyalətinə uzanan dəmir filizi ixracı xətti ilə hərəkət edib. Layihənin məqsədi 2001-ci ildə Avstraliyada qeydə alınmış ən uzun yük qatarı rekordunu yeniləmək olub.
Həmin vaxt 682 vaqondan ibarət qatarın uzunluğu 7,4 kilometr təşkil edib. Cənubi Afrikadakı yeni qatar isə həm vaqonların sayına, həm də uzunluğuna görə əvvəlki göstəricini üstələyib.
Layihənin təşkilatçıları bildiriblər ki, məqsəd yalnız dünya rekordu müəyyənləşdirmək olmayıb. Sınaq, həmçinin qatarların layihələndirilməsi, idarə olunması və istismar xüsusiyyətləri ilə bağlı texniki bilikləri genişləndirməyə yönəlib.
Təşkilatçıların sözlərinə görə, əldə edilən təcrübə dəmir yolu daşımalarının gələcək inkişafına, innovasiyaların tətbiqinə və əməliyyat imkanlarının gücləndirilməsinə töhfə verə bilər.
22:28 21.10.2026
Oxunuş sayı: 55