Ermənistanda seçki rüşvəti iddiası ilə 14 nəfər saxlanılıb
Ermənistanda Stepanavan şəhərinin meri vəzifəsinə “Güclü Ermənistan” partiyasından namizəd olan Arsen Gevorgyan iki ay müddətinə həbs edilib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Partiyanın parlament fraksiyasının katibi Tiqran Abramyan bildirib ki, Gevorgyanla yanaşı, onun iki tərəfdarı barədə də məhkəmə qərarı çıxarılıb. Onlar iki ay müddətinə ev dustaqlığına göndəriliblər.
Oktyabrın 21-də “Güclü Ermənistan” partiyası tərəfdarlarının saxlanılması və onların evlərində axtarışların aparılması barədə məlumat yayıb.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidmətinin açıqlamasına görə, 14 nəfər rüşvət vermə və alma, eləcə də seçicilərin ələ alınmasına kömək göstərilməsi ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb.
23:34 21.10.2026
Oxunuş sayı: 47