Dəridəki bu əlamət yüksək xolesterindən xəbər verir
Dəridə yaranan sarımtıl törəmələr lipid mübadiləsinin pozulmasının və qanda xolesterin balansının dəyişməsinin əlaməti ola bilər.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” nəşrinin məlumatına görə, Sankt-Peterburqdakı “SM-Klinika”nın kardioloq və lipidoloqu, tibb elmləri namizədi Valentina Baydina dərinin görünüşünə əsasən lipid mübadiləsindəki təhlükəli pozuntuları vaxtında müəyyən etməyin mümkün olduğunu bildirib.
Həkimin sözlərinə görə, yüksək xolesterinin əsas xarici əlamətlərindən biri ksantomlardır. Bunlar əsasən yuxarı, qismən də aşağı göz qapaqları nahiyəsində yaranan sarımtıl törəmələr və toxumalarda piy yığıntılarıdır.
Baydina vurğulayıb ki, ksantomların yaranması yalnız estetik problem deyil. Bu törəmələr qanda xolesterin balansının pozulduğuna işarə edə bilər.
05:40 19.10.2026
Oxunuş sayı: 53