Alman siyasətçidən sərt xəbərdarlıq: Rusiya ilə müharibə riski
Almaniyada bəzi şəxslərin Rusiya ilə birbaşa hərbi qarşıdurmaya can atdığı iddia edilir.
Crossmedia.az xəbər verir ki, Rusiyanın “RİA Novosti” agentliyi bu barədə məlumat yayıb.
Almaniyanın “Sahra Vaqenknext İttifaqı – Ağıl və Ədalət naminə” partiyasının xarici siyasət üzrə eksperti Sevim Dagdelen bildirib ki, bəzi şəxslər nüvə dövlətinə qarşı birbaşa hərbi qarşıdurma istəyirmiş kimi davranırlar.
“Bəziləri hazırda elə davranır ki, sanki nüvə dövlətinə malik Rusiya ilə birbaşa hərbi qarşıdurma istəyirlər və açıq şəkildə NATO-nun tez bir zamanda qələbə qazanacağına ümid edirlər. Bu, məsuliyyətsiz yanaşmadır və Almaniyada, eləcə də bütün Avropada insanların təhlükəsizliyini risk altına qoyur”, - deyə Dagdelen vurğulayıb.
Siyasətçinin sözlərinə görə, Almaniya hökuməti indiyədək ölkəni Ukraynadakı münaqişəyə getdikcə daha çox cəlb edib.
Bundan əvvəl Avropa Parlamentinin deputatı Fabio De Mazi Almaniyanı eskalasiya spiralından çıxmağa və Rusiya ilə dialoqa başlamağa çağırıb. O, Almaniya hakimiyyətinin Leypsiq hava limanında baş verən PUA insidentində Moskvanın iştirakına dair irəli sürdüyü iddiaların heç bir əsasının olmadığını bildirib.
11:44 04.09.2026
Oxunuş sayı: 45