Azərbaycan Basketbol Liqasında III tura start verilib
Azərbaycan Basketbol Liqasında III tura start verilib.
Crossmedia.az xəbər verir ki, günün ilk oyununda "Naxçıvan" "Gəncə" ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasındakı qarşılaşma "Naxçıvan"ın qələbəsi ilə yekunlaşıb - 72:70.
Günün ikinci görüşündə "Neftçi" "Sumqayıt"la qarşılaşacaq.
Xatırladaq ki, turun "Sabah" - NTD oyunu oktyabrın 19-da baş tutacaq. "LANDAU Lions" - "Ordu" matçı qeyri-müəyyən vaxta təxirə salınıb.
17:45 18.10.2026
Oxunuş sayı: 62