Ağ Evdən qeyri-adi addım: Deportasiya video oyuna çevrildi
Ağ Ev miqrantların deportasiyasını və sərhəd divarının tikintisini təbliğ edən video oyunlar təqdim edib.
Crossmedia.az xəbər verir ki, AFP bu barədə məlumat yayıb.
ABŞ Prezidenti Donald Trampın administrasiyası klassik arkada oyunları formatında hazırlanmış xüsusi veb-sayt yaradıb. Oyunlarda miqrantların deportasiya edilməsi, sərhəd divarının tikilməsi və “Trump Account” hesablarının doldurulması kimi mövzular əks olunub.
Oyunlardan biri “Rio Run” adlanır və “Snake” oyununun yenilənmiş versiyasıdır. Burada ABŞ sərhəd təhlükəsizliyi üzrə rəhbər Tom Homanın rəqəmsal obrazı Rio-Qrande çayı yaxınlığında müxtəlif dəri rənglərinə malik miqrantları təqib edir.
Digər oyun isə blokların düzülməsinə əsaslanan “Tetris” formatındadır və “Build the Wall” adlanır. Oyunun məqsədi ABŞ-Meksika sərhədində divar tikməkdir.
Ağ Evin “X” hesabında yayılan videoda “Make America Great Again” (MAGA) loqosundan istifadə olunub. Videoda “Divarı tik. Deportasiya et. Trump Account-u doldur” mesajı yer alıb.
Ağ Ev layihənin məqsədinin prezidentin fəaliyyətini amerikalılara daha əyləncəli formada təqim etmək olduğunu bildirib.
İnsan haqları təşkilatları isə layihəni tənqid edib. Onlar miqrantların həyatının video oyun mövzusuna çevrilməsinin qəbuledilməz olduğunu bildiriblər.
12:49 04.09.2026
Oxunuş sayı: 54