Köçəryan və oğlunun taleyi bu gün məlum olacaq
Ermənistanın sabiq prezidenti Robert Köçəryan və oğlu Sedrak Köçəryanın barələrində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı məhkəmə iclası 12 saatdan çox davam edib.
Crossmedia.az xəbər verir ki, Ermənistan mətbuatı bu barədə məlumat yayıb.
Bildirilib ki, uzun sürən məhkəmə iclasından sonra qərarların oktyabrın 23-də elan olunması nəzərdə tutulub.
Sabiq prezidentin vəkili Aram Orbelyanın sözlərinə görə, Robert Köçəryanla bağlı qərar bu gün saat 17:30-da açıqlanacaq.
Onun böyük oğlu Sedrak Köçəryan barəsində isə məhkəmə qərarının saat 10:00-da elan edilməsi planlaşdırılıb.
Qeyd edək ki, Robert Köçəryan və oğlu avqustun sonunda qanunsuz əmlak əldə edilməsi ilə bağlı cinayət işi çərçivəsində həbs olunublar. İstintaq sabiq prezidentin vəzifə səlahiyyətlərindən istifadə etməklə bir sıra əmlak obyektlərini bazar qiymətindən aşağı dəyərə əldə etdiyini iddia edir.
09:29 23.10.2026
Oxunuş sayı: 67