Qlazqoda 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub
Böyük Britaniyanın Qlazqo şəhərində Azərbaycan Respublikasının 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Qlazqoda yaşayan soydaşımız, Britaniya Azərbaycanlıları Assosiasiyasının nümayəndəsi Rəşadət Tağıyev çıxışında 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün Azərbaycan xalqının taleyində mühüm tarixi mərhələ olduğunu vurğulayıb. O, dövlət müstəqilliyinin qorunmasının və gələcək nəsillərə çatdırılmasının hər bir azərbaycanlının mənəvi borcu olduğunu diqqətə çatdırıb.
Bildirilib ki, bu cür tədbirlər soydaşlarımız arasında həmrəyliyin möhkəmlənməsinə və milli-mənəvi dəyərlərin qorunmasına töhfə verir. İştirakçılar Azərbaycanın müstəqillik yolu, ölkəmizin əldə etdiyi uğurlar və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Tədbirin bədii hissəsində soydaşımız Rəna Ələkbərzadənin ifasında səsləndirilən musiqilər qonaqların marağı ilə qarşılanıb.
Görüş Qlazqoda dövlətçilik ənənələrinin yaşadılması və Müstəqilliyin Bərpası Gününün əhəmiyyətinin gənc nəslə aşılanması baxımından əhəmiyyətli hesab edilə bilər.
22:57 22.10.2026
Oxunuş sayı: 54