13 yaşlı əkiz qardaşlar qətlə yetirildi: ana və daha iki nəfər saxlanıldı
Hindistanda 13 yaşlı əkiz qardaşların qətlində onların anası və daha iki nəfər şübhəli bilinir.
Crossmedia.az xəbər verir ki, “The Times of India” nəşri bu barədə məlumat yayıb.
Məlumata görə, qadının dörd övladı olub: 18 yaşlı qızı, 16 yaşlı oğlu və 13 yaşlı əkizləri. Əkizlər evdən səhər tezdən çıxıb geri qayıtmayanda onların xalası narahat olaraq axtarışa başlayıb.
Axtarışlar zamanı uşaqların meyitləri evlərinin yaxınlığındakı torpaq sahəsində aşkarlanıb. Məktəblilərin baş nahiyələrində çoxsaylı xəsarətlər olduğu, boğazlarının isə kəsildiyi bildirilir.
Hüquq-mühafizə orqanlarının araşdırmasına əsasən, uşaqların atası vəfat etdikdən sonra ailə kəndə köçüb. Bir müddət əvvəl ananın yeni münasibəti yaranıb. Əkiz qardaşlar bu münasibəti qəbul etməsələr də, onların böyük qardaşı anasını dəstəkləyib.
İstintaqın ilkin məlumatına görə, qətlin baş verdiyi gün uşaqlar analarının evində olublar. Həmin vaxt orada böyük qardaşları və ananın yeni sevgilisi də olub. Bildirilir ki, qadının göstərişi ilə digər iki nəfər uşaqları öldürüb.
Hadisə ilə əlaqədar ana, böyük oğul və qadının sevgilisi saxlanılıb. Hazırda onlar dindirilir, hüquq-mühafizə orqanları cinayətin bütün hallarını araşdırır.
23:59 22.10.2026
Oxunuş sayı: 56