Putin Ukrayna ilə bağlı yeni üçtərəfli danışıqlar təklif edib
Rusiya Ukrayna məsələsi ilə bağlı ABŞ-yə üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bunu Ümumrusiya Dövlət Televiziya və Radio Yayım Şirkətinin jurnalisti Pavel Zarubinə müsahibəsində deyib.
Putinin sözlərinə görə, yeni üçtərəfli danışıqların əsas məqsədi gələcəkdə Rusiya və Ukraynanın təhlükəsizliyinin təmin olunması ilə bağlı razılaşmalara nail olmaqdır.
Rusiya lideri danışıqların hansı tarixdə və hansı formatda bərpa oluna biləcəyi barədə əlavə təfərrüat açıqlamayıb.
23:08 22.10.2026
Oxunuş sayı: 49