Zelenskidən xəbərdarlıq: Putinə nəsə versəniz, hər şeyi istəyəcək
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya qarşı sanksiyaların ləğvinə qarşı çıxaraq, bu addımın Rusiya prezidenti Vladimir Putinin mövqelərini gücləndirəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna mediasında məlumat yayılıb.
Ukrayna lideri Putinlə bağlı mövqeyinin aydın olduğunu vurğulayıb və sanksiyaların aradan qaldırılmasının Rusiyaya əlavə imkanlar qazandıracağını qeyd edib.
“Putinə münasibətim tam aydındır. Hesab edirəm ki, sanksiyaları ləğv etsək, onu daha da gücləndirəcəyik. Mənim prezident Trampla aramda şəxsi problem yoxdur, lakin təbii ki, sanksiyaların istənilən formada ləğvinə qarşıyam”, – deyə Zelenski bildirib.
O, fikrini davam etdirərək Rusiyaya güzəşt edilməsinin daha böyük tələblərə yol aça biləcəyini vurğulayıb: “Bilirəm ki, Putinə nəsə versəniz, o, hər şeyi istəyəcək”.
22:11 22.10.2026
Oxunuş sayı: 54