Elçin Əmirbəyov Brüsseldə Aİ rəsmiləri ilə görüşüb
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Brüsseldə Avropa İttifaqının yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirib. Tərəflər Azərbaycan-Aİ münasibətlərinin inkişafını, enerji əməkdaşlığını və regional nəqliyyat layihələrini müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, bu görüşlərdə Azərbaycan ilə Avropa İttifaqı arasında yeni ikitərəfli sazişin hazırlanması məsələsinə də toxunulub.
Müzakirələr zamanı Aİ-nin Naxçıvan dəmir yolunun bərpası ilə bağlı hazırladığı texniki-iqtisadi əsaslandırmaya xüsusi diqqət yetirilib. Həmçinin Azərbaycanla Ermənistan arasında sülh prosesi ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycanın ərazilərinin minalardan təmizlənməsinə Avropa İttifaqının dəstəyi ilə bağlı planları və regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər.
Görüşlərdə 2026-cı ildə Azərbaycan ilə Aİ arasında əməkdaşlığın intensivləşdiyi vurğulanıb.
20:22 22.10.2026
Oxunuş sayı: 66