Cənubi Koreya minalarla bağlı insidentləri BMT Təhlükəsizlik Şurasına çıxaracaq
Cənubi Koreya Koreyalararası sərhəd yaxınlığında mina partlayışları nəticəsində üç hərbçinin yaralanması məsələsini BMT Təhlükəsizlik Şurasında qaldırmağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki, yayılan məlumata görə, Seul hadisəyə görə Şimali Koreyadan üzr və məsuliyyət tələb edir.
Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq isə irəli sürülən ittihamları rədd edib. O, sərhəddə gələcək insidentlər baş verəcəyi təqdirdə Cənubi Koreyanın ciddi nəticələrlə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
Hadisə iki ölkə arasında onsuz da gərgin olan münasibətlər fonunda baş verib.
21:14 22.10.2026
Oxunuş sayı: 51