Rəqəmsal etibarlılıq sistemində boşluq aşkarlanıb
eMudhra şirkətinin idarə etdiyi səkkiz zəif məxfi açarın demək olar ki, dərhal bərpa edilə biləcəyi aşkarlanıb. Hadisədən sonra “Google” və “Mozilla” riskli sertifikatları bloklayıb, rəqəmsal təhlükəsizlik sistemlərinə nəzarətlə bağlı suallar yaranıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “NDTV” məlumat yayıb.
Mütəxəssislərin fikrincə, insident internet saytlarının kimliyini təsdiqləmək üçün istifadə olunan rəqəmsal etibar infrastrukturundakı boşluqları üzə çıxarıb. Açarların necə yaradıldığı, zəifliyin niyə vaxtında aşkarlanmadığı və veb-brauzerlərdən kənar sistemlərin də risk altında olub-olmadığı araşdırılmalı məsələlər sırasındadır.
Zəif açarlar saxta sertifikatların yaradılması, veb-saytların təqlid edilməsi və məlumat mübadiləsinin ələ keçirilməsi kimi təhlükələr yarada bilər. Bununla belə, indiyədək həmin açarlardan hücum məqsədilə istifadə edildiyinə və ya məlumat sızmasının baş verdiyinə dair açıq şəkildə təsdiqlənmiş sübut yoxdur.
Mütəxəssislər eMudhra şirkətinin və onun audit hesabatlarını qəbul edən Sertifikatlaşdırma Orqanlarına Nəzarət qurumunun (CCA) məsuliyyətinin artırılmasına çağırıblar.
19:52 22.10.2026
Oxunuş sayı: 61