Makronun köçməsi Fransa büdcəsinə 2,3 milyon avroya başa gələ bilər
Fransa Prezidenti Emmanuel Makronun vəzifədən ayrıldıqdan sonra köçməsi və yaşayış xərcləri üçün dövlət büdcəsindən təxminən 2,3 milyon avro ayrılması nəzərdə tutulub.
Crossmedia.az xəbər verir ki, “Politico” nəşri bu barədə məlumat yayıb.
Bildirilib ki, vəsait köçmə işlərinə yardım, mənzil kirayəsi, kommunal ödənişlər və mühafizə xərclərini əhatə edir.
Makronun hələ yeni iş yeri tapmadığı ehtimal olunur. Yelisey sarayı isə ayrılması nəzərdə tutulan məbləğin əvvəlki prezidentlərin təcrübəsinə əsaslanan qabaqlayıcı tədbir olduğunu bildirib.
Fransada prezident seçkilərinin birinci turunun 18 aprel 2027-ci ildə keçirilməsi planlaşdırılır.
20:42 22.10.2026
Oxunuş sayı: 54