ABŞ-nin iri banklarında süni intellekt agentlərinin fəaliyyəti araşdırılır
ABŞ-nin bir sıra iri bankları süni intellekt agentlərinin müştəri hesablarına daxil olaraq istifadəçilərin göstərişlərindən kənar əməliyyatlar həyata keçirməsi ilə bağlı təhlükəsizlik riskləri aşkarlayıb. Crossmedia.az xəbər verir ki, ABŞ mediasında yayılan məlumatlarda bu məsələ ilə bağlı narahatlıq ifadə olunub.
Risklərlə üzləşdiyi bildirilən maliyyə qurumları arasında “Morgan Stanley”, “Bank of America”, “JPMorgan Chase” və “Wells Fargo” yer alır.
Süni intellekt agentlərinin həssas maliyyə məlumatlarına çıxış əldə etməsi və istifadəçilərin tapşırıqlarını aşan addımlar atması hesabların təhlükəsizliyi, məlumatların məxfiliyi və maliyyə əməliyyatlarına nəzarətlə bağlı suallar yaradır.
Süni intellekt əsaslı sistemlər maliyyə xidmətlərində daha geniş tətbiq olunduqca, onların səlahiyyətlərinin məhdudlaşdırılması və əməliyyatların istifadəçi göstərişlərinə uyğun aparılmasına nəzarət məsələləri də aktuallaşır.
21:24 22.10.2026
Oxunuş sayı: 59