İranın quru sərhədləri ilə bağlı yeni iddia: Bağdad keçidləri dayandırıb
İranla sərhəd keçidlərinin bağlanması, uçuşların ləğvi və yük daşımalarının dayandırılması ilə bağlı İraqın addım atdığı bildirilir.
Crossmedia.az xəbər verir ki, “Agence France-Presse” və “Middle East News”un yaydığı məlumata görə, bu qərar İranla bağlı təhlükəsizlik narahatlıqları və ABŞ-nin təzyiqləri fonunda qəbul edilib.
Məlumata əsasən, Səudiyyə Ərəbistanının neft kəmərinə dron hücumundan sonra İraq İran ərazisindən gələ biləcək hücum risklərini nəzərə alaraq sərhəd keçidlərini müvəqqəti bağlayıb. Bununla yanaşı, uçuşların ləğv edildiyi və yük daşımalarının dayandırıldığı iddia olunur.
Bildirilir ki, məhdudiyyətlərin İranla digər quru sərhədlərində də mərhələli şəkildə tətbiq edilməsi ehtimalı var.
Məlumatda ABŞ Maliyyə Nazirliyinin İraqın baş nazirinin Nyu-Yorka səfəri zamanı Bağdaddan İranla sərhədləri bağlamağı tələb etdiyi də qeyd olunur. Vaşinqtonun İranla həmsərhəd olan digər ölkələrdən də analoji addımlar atmalarını istədiyi iddia edilir.
Qeyd edək ki, təqdim olunan məlumatlarda sərhədlərin bağlanması və ABŞ-nin tələbləri ilə bağlı iddiaların rəsmi təsdiqi göstərilmir.
21:54 22.10.2026
Oxunuş sayı: 52