Hillari Klinton: Putin Tramp haqqında kompromata malik ola bilər
ABŞ-nin sabiq dövlət katibi Hillari Klinton Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Tramp haqqında kompromat materiallara malik ola biləcəyini iddia edib.
Crossmedia.az xəbər verir ki, Klinton bu barədə açıqlama verib.
“Mən hələ də Putinin Tramp haqqında kompromata malik olduğunu düşünürəm. Hesab edirəm ki, onun əlində fotoşəkillər, videolar və ya başqa materiallar var”, – deyə Klinton bildirib.
20:12 22.10.2026
Oxunuş sayı: 46