Rusiya ATƏT-in dekabr iclasında iştirakını təsdiqləyib
Rusiya dekabrın 3-4-də İsveçrənin Luqano şəhərində keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti” bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşkonun açıqlamasına istinadən məlumat yayıb.
Diplomat Veronada keçirilən Avrasiya İqtisadi Forumunun kənarında jurnalistlərə bildirib ki, Rusiyanın iclasda hansı səviyyədə təmsil olunacağı barədə daha sonra məlumat veriləcək.
Qeyd edək ki, ATƏT Xarici İşlər Nazirləri Şurasının növbəti iclası dekabrın 3-4-də İsveçrənin Luqano şəhərində baş tutacaq.
19:18 22.10.2026
Oxunuş sayı: 67