XİN-də "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub
Xarici İşlər Nazirliyində Milli Müdafiə Universitetinin strateji araşdırmalar və dövlət müdafiəsinin idarə edilməsi üzrə akademik kursunun iştirakçıları ilə görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Oktyabrın 22-də keçirilən görüşdə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Azərbaycanın xarici siyasət prioritetləri” mövzusunda çıxış edib və iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Daha sonra kurs iştirakçılarına Xarici İşlər Nazirliyinin iş prosesi barədə məlumat verilib.
Qeyd edək ki, kursda Azərbaycan Müdafiə Nazirliyi və digər dövlət qurumlarının, eləcə də Türkiyə, Pakistan və Qazaxıstanın nümayəndələri olmaqla, ümumilikdə 29 nəfər iştirak edir.
18:39 22.10.2026
Oxunuş sayı: 66