Azərbaycanda avtomobil parkının tam elektrikləşdirilməsi hədəflənir
Azərbaycanda daxili yanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması və alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinin payının artırılması planlaşdırılır.
Crossmedia.az xəbər verir ki, plana əsasən, 2035-ci ilədək avtomobil parkında elektromobillərin payının artırılması və onların təşviqi nəzərdə tutulur.
2060-cı ilədək isə sərnişin avtomobilləri parkında elektrik və digər alternativ enerji mənbələri ilə işləyən nəqliyyat vasitələrinin payının 100 faizə çatdırılması hədəflənir.
19:09 22.10.2026
Oxunuş sayı: 51