Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş etməyi planlaşdırır
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və “Lockheed Martin” şirkəti qarşıdakı 10 il ərzində ən azı 850 ədəd F-35 qırıcısının istehsalını nəzərdə tutan ilkin razılığa gəlib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Razılaşma çərçivəsində ildə 156 təyyarənin istehsalı, ehtiyat hissələrinin tədarükü və beynəlxalq sifarişlərin yerinə yetirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, razılaşma ilkin xarakter daşıyır.
18:49 22.10.2026
Oxunuş sayı: 65