Bu şəxslərin pensiyası bərpa olunacaq
Əlillik müddətinin başa çatması səbəbindən dayandırılan əmək pensiyası 5 ildən çox vaxt keçmədikdə bərpa olunur.
Crossmedia.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondu bu barədə məlumat yayıb.
Fondun açıqlamasına görə, dayandırılmış pensiyanın bərpası üçün 5 ildən çox vaxt keçməməlidir.
Əgər 5 ildən artıq müddət keçdikdən sonra şəxsə yenidən əlillik təyin edilərsə, onun pensiya hüququna yenidən baxılır. Hüquq yarandığı halda əmək pensiyası yenidən təyin edilir.
Müraciətlər elektron qaydada qəbul olunur. Elektron müraciət mümkün olmadıqda isə vətəndaşlar DSMF-nin müvafiq bölmələrinə və DOST mərkəzlərinə müraciət edə bilərlər.
18:58 22.10.2026
Oxunuş sayı: 60