Altman: Proqram təminatına tələbat gözləniləndən yüksəkdir
"Proqram təminatına tələbatın gözləniləndən xeyli yüksəkdir və bu səbəbdən proqramçılara ehtiyac hələ də davam edir".
Crossmedia.az xəbər verir ki, “OpenAI” şirkətinin rəhbəri Sem Altman bu barədə açıqlama verib.
“Görünür, bu tendensiya çoxlarının düşündüyündən daha uzun müddət davam edəcək. Cəmi 6-12 ay əvvəl insanlar bunun əksini düşünürdülər. Buradan çıxarılan maraqlı nəticələrdən biri budur ki, dünyaya əslində bizim o vaxt təsəvvür etdiyimizdən daha çox proqram təminatı lazım imiş”, – deyə Altman bildirib.
20:21 22.10.2026
Oxunuş sayı: 49