Gəncədə qəza olub: 3 nəfər xəsarət alıb
Gəncədə iki minik avtomobilinin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, qəza zamanı 1961-ci il təvəllüdlü L. Məmmədova, 1990-cı il təvəllüdlü S. Məmmədova və 1991-ci il təvəllüdlü S. Mehdiyeva xəsarət alıblar.
Onlar xəstəxanaya yerləşdiriliblər.
Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.
19:12 22.10.2026
Oxunuş sayı: 61