Rusiya Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasına münasibət bildirib
Rusiya Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasının mümkün risklərini real qiymətləndirəcəyinə ümid edir.
Crossmedia.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qluşko bu barədə açıqlama verib.
Diplomatın sözlərinə görə, Avropa İttifaqı namizəd ölkələr qarşısında sərt şərtlər qoyur və onların quruma üzv olmamışdan əvvəl öz xarici siyasət mövqelərindən imtina edərək Aİ-nin ümumi xarici siyasətinə qoşulmasını tələb edir. Qluşko iddia edib ki, bu yanaşma Rusiyaya qarşı bəyanatları da əhatə edir.
Rusiya XİN rəhbərinin müavini hesab edir ki, xarici aktorların regionun işlərinə müdaxilə etməməsi sabitliyə töhfə verə bilər. Onun fikrincə, regional problemlər kənar qüvvələrin iştirakı olmadan, tərəflərin öz aralarında danışıqlar aparması yolu ilə həll edilməlidir.
Qluşko bildirib ki, regionda mübahisələrin danışıqlar masası arxasında həlli uzun əsrlər boyu tətbiq edilən yanaşma olub.
22:14 22.10.2026
Oxunuş sayı: 55