Yunanıstan və Misir Kipr istiqamətində dəniz iqtisadi zonalarını genişləndirməyi müzakirə edir
Yunanıstan və Misir müstəsna iqtisadi zonalarının şərqə, Kipr istiqamətində genişləndirilməsi imkanlarını müzakirə edirlər.
Crossmedia.az xəbər verir ki, Yunanıstanın xarici işlər naziri Georgios Gerapetritis bu barədə açıqlama verib.
Müzakirələr Liviyanın şərqində fəaliyyət göstərən parlamentin Türkiyə ilə imzalanmış mübahisəli dəniz sazişini ratifikasiya etməsindən sonra intensivləşib.
Yunanıstan, Misir və Kipr Türkiyə-Liviya sazişinin Aralıq dənizinin şərqində onların dəniz hüquqlarına və ərazi iddialarına təsir etdiyini bildirərək sənədə qarşı çıxırlar.
Gerapetritisin sözlərinə görə, Yunanıstan və Misir arasında mümkün yeni razılaşma beynəlxalq hüquqa və BMT-nin Dəniz Hüququ üzrə Konvensiyasına (UNCLOS) tam uyğun olacaq.
21:42 22.10.2026
Oxunuş sayı: 48