İsrailin Qəzzaya hücumu nəticəsində bir fələstinli ölüb
İsrail ordusunun Qəzza zolağının mərkəzi hissəsində motosikletə endirdiyi hava zərbəsi nəticəsində bir fələstinli ölüb, çox sayda insan yaralanıb.
Crossmedia.az xəbər verir ki, Fələstinin rəsmi "WAFA" xəbər agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, İsrail Qəzza zolağında hücumlarını və pozuntularını davam etdirir. Ordunun elektrik mühərrikli motosikleti hava hücumu ilə hədəf aldığı bildirilir.
Hücum nəticəsində ölən və yaralananların sayı ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
22:21 22.10.2026
Oxunuş sayı: 56