Avropa Ukrayna ilə bağlı ABŞ–Rusiya danışıqlarında iştirak etmək istəyir
Avropa rəsmiləri Vaşinqtonla Moskva arasında yaxınlaşma ehtimalından narahat olaraq Ukrayna ilə bağlı sülh danışıqlarına qoşulmağa çalışırlar.
Crossmedia.az xəbər verir ki, “Financial Times” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Avropa nümayəndələri Osloda Stiv Uitkoffla keçirilən görüşdə sülh prosesinə daxil edilmələrini tələb ediblər.
Onlar liderlərin görüşündən əvvəl texniki səviyyədə danışıqlara başlanmasını da təklif ediblər.
21:34 22.10.2026
Oxunuş sayı: 51