ABŞ-də sərnişin təyyarəsi təcili eniş etdi
“American Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi əyləc sistemində yaranan nasazlıq səbəbindən ABŞ-nin Çikaqo şəhərində təcili eniş edib, bir sərnişin xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, “Simple Flying” portalı bu barədə məlumat yayıb.
Hadisə oktyabrın 20-də İspaniyadan Çikaqoya uçan “Boeing 787” təyyarəsində baş verib. Təyyarədə 234 sərnişin və 11 ekipaj üzvü olub.
Məlumata görə, təyyarə təyinat hava limanının uçuş-enmə zolağında zədələnmiş təkərlərlə dayanıb. Enişdən sonra sərnişinlərdən biri aldığı xəsarətlərə görə təcili xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbləri ABŞ Federal Aviasiya Administrasiyası tərəfindən araşdırılır.
23:46 22.10.2026
Oxunuş sayı: 66