Ukraynada sülh üçün 7 ölkə İstanbulda toplaşır
Ukraynada müharibənin başa çatdırılması yollarını müzakirə etmək üçün yeddi ölkənin xarici işlər nazirləri oktyabrın 23-də İstanbulda bir araya gələcəklər.
Crossmedia.az xəbər verir ki, AFP agentliyi Türkiyənin diplomatik mənbələrinə istinadən bu barədə məlumat yayıb.
Görüşdə Türkiyə, Böyük Britaniya, Almaniya, Fransa, Səudiyyə Ərəbistanı, Pakistan və Misirin xarici işlər nazirləri iştirak edəcəklər.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi edəcəyi görüşdə Rusiya-Ukrayna müharibəsinin dayandırılması imkanları ilə yanaşı, Yaxın Şərqdəki vəziyyət də müzakirə olunacaq.
Danışıqların gündəliyinə Fələstin məsələsi, Yəməndəki hadisələr və Hörmüz boğazında təhlükəsizlik də daxildir.
Bildirilib ki, yeddi ölkə Türkiyənin təşəbbüsü ilə ilk dəfə “R4+E3” formatında bir araya gələcək. Görüşdə regional və Avropa ölkələri arasında əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçiriləcək.
Rusiya və Ukrayna ilə əlaqələrini saxlayan Türkiyə müharibənin diplomatik yolla həllinə vasitəçilik etmək səylərini davam etdirir.
Ankara sentyabr ayında Qara dənizdə ticarət gəmilərinə hücumların dayandırılması ilə bağlı tərəflərə razılaşma layihəsi təqdim etsə də, təşəbbüs nəticə verməyib
09:06 23.10.2026
Oxunuş sayı: 57