“Mançester Yunayted” kapitanının evinə girən şəxslər axtarılır
İngiltərənin “Mançester Yunayted” klubunun kapitanı Bruno Fernandeşin evi Çempionlar Liqasının qrup mərhələsi matçı zamanı qarət edilib.
Crossmedia.az xəbər verir ki, “The Athletic” nəşri bu barədə məlumat yayıb.
Hadisə futbolçunun İtaliyanın “Komo” klubu ilə matçı zamanı baş verib. Oğurluq törədilən vaxt evdə heç kim olmayıb. Polisə futbolçunun qonşuları məlumat veriblər.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə çatana qədər naməlum şəxslər evdə beş dəqiqədən az vaxt keçiriblər.
Oğurluq nəticəsində dəymiş ziyanın məbləği açıqlanmayıb. Faktla bağlı araşdırma başlanıb və istintaq ilkin mərhələdədir.
23:55 22.10.2026
Oxunuş sayı: 58