Azərbaycanda itkin düşmüş 8 nəfər tapıldı
Azərbaycanda itkin düşmüş kimi axtarışda olan 8 nəfər polis əməkdaşları tərəfindən tapılıb.
Crossmedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti bu barədə məlumat yayıb.
Bildirilib ki, oktyabrın 22-də keçirilən tədbirlər nəticəsində ailə üzvlərinə məlumat vermədən yaşadıqları ünvanları tərk etdikləri üçün itkin düşmüş kimi axtarılan 8 nəfərin yeri müəyyən edilib.
Həmin şəxslər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
10:18 23.10.2026
Oxunuş sayı: 59