Azərbaycanda voleybol üzrə Super Liqanın yeni mövsümü başlayır
Azərbaycanda kişi voleybolçular arasında Super Liqanın 2026/2027-ci illər mövsümünə bu gün, oktyabrın 23-də start veriləcək.
Crossmedia.az-ın məlumatına görə, ilk turun oyunları oktyabrın 23-24-də keçiriləcək.
Turun ilk günündə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində iki qarşılaşma baş tutacaq.
Saat 16:00-da “AZERRAIL” və “Gənclər”, saat 18:00-da isə “Murov Az Terminal” və “ORDU” komandaları üz-üzə gələcəklər.
İlk turun son oyunu oktyabrın 24-də Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək. Saat 17:00-da başlayacaq görüşdə “Xilasedici” və “Neftçi” komandaları qarşılaşacaqlar.
Qeyd edək ki, yeni mövsümdə Super Liqada altı komanda – “Xilasedici”, “ORDU”, “Neftçi”, “Murov Az Terminal”, “AZERRAIL” və “Gənclər” mübarizə aparacaq.
Yarışlar ev-səfər prinsipi ilə iki dövrədən ibarət dairəvi sistem üzrə təşkil olunacaq. İki dövrənin sonunda turnir cədvəlində ilk dörd yeri tutan komanda pley-off mərhələsinə vəsiqə qazanacaq.
I turun oyun cədvəli:
Tarix Saat Qarşılaşma
23 oktyabr 16:00 “AZERRAIL” – “Gənclər”
23 oktyabr 18:00 “Murov Az Terminal” – “ORDU”
24 oktyabr 17:00 “Xilasedici” – “Neftçi”
İlk iki oyun GİN-in Voleybol Mərkəzində, son qarşılaşma isə FHN-in idman zalında keçiriləc
10:38 23.10.2026
Oxunuş sayı: 40