Rusiya ABŞ nümayəndələrinə Ukrayna ilə bağlı təklif verəcək
Rusiya ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerə Ukrayna ilə bağlı təkliflərini təqdim edə bilər.
Crossmedia.az xəbər verir ki, “Gazeta.Ru” bu barədə məlumat yayıb.
Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin müavini Vladimir Cabarov bildirib ki, Uitkoff və Kuşnerin Moskvaya səfəri zamanı Rusiyanın mövqeyi ilə yanaşı, mümkün təklifləri də müzakirə oluna bilər.
Onun sözlərinə görə, ABŞ nümayəndələri əvvəlcə Rusiyanın hansı şərtlərlə razılaşa biləcəyini öyrənəcək, daha sonra isə əldə etdikləri məlumatları Ukrayna Prezidenti Volodimir Zelenskiyə çatdıracaqlar.
Cabarov hesab edir ki, Donald Tramp administrasiyasının Ukraynada münaqişənin nizamlanması istiqamətində səylərini artırmasının əsas səbəblərindən biri Rusiya ordusunun əldə etdiyi uğurlardır.
TASS-ın mənbəyə istinadən yaydığı məlumata görə, Uitkoff və Kuşner əvvəlcə Moskvaya, daha sonra isə Kiyevə səfər edəcəklər.
Cabarovun sözlərinə görə, amerikalı nümayəndələr Rusiyanın mövqeyini öyrənməklə yanaşı, Moskvanın təkliflərini də eşidəcəklər.
13:06 04.09.2026
Oxunuş sayı: 56