"Neftçi" "Sumqayıt"ı məğlub edib
Azərbaycan Basketbol Liqasında III turun daha bir oyunu keçirilib.
Crossmedia.az xəbər verir ki, günün ikinci matçında "Neftçi" "Sumqayıt"la üz-üzə gəlib.
Milli Gimnastika Arenasındakı görüş Bakı təmsilçisinin qələbəsi ilə bitib - 86:69.
Günün ilk qarşılaşmasında "Naxçıvan" "Gəncə"ni üstələyib - 72:70.
Qeyd edək ki, turun "Sabah" - NTD oyunu oktyabrın 19-da baş tutacaq. "LANDAU Lions" - "Ordu" matçı qeyri-müəyyən vaxta təxirə salınıb.
21:22 18.10.2026
Oxunuş sayı: 61