Dondurucuda qida saxlayanların diqqətinə: Bu səhvlər məhsulları korlaya bilər
Dondurucuda bütün qidaları uzun müddət saxlamaq mümkün deyil. Məhsulların keyfiyyətini qorumaq üçün onların qablaşdırmasında göstərilən saxlama müddətinə və temperatur rejiminə əməl etmək vacibdir.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə məlumat yayıb.
Məhsulları ev şəraitində dondurarkən kameraya birdən-birə çoxlu qida yerləşdirmək məsləhət görülmür. Çünki qidaların yavaş donması onların strukturunu poza bilər. Nəticədə ət, balıq və giləmeyvələr əridildikdən sonra şirəsini itirir, quru və yumşaq olur.
Bu problemin qarşısını almaq üçün məhsulları kiçik porsiyalarla dondurmaq, kamerada bir qat şəklində yerləşdirmək və mövcud olduğu halda sürətli dondurma rejimindən istifadə etmək tövsiyə olunur. Dondurucunun həddindən artıq doldurulması da soyuq havanın məhsullara bərabər çatmasına mane olur.
No Frost sistemi olmayan dondurucularda buz təbəqəsi 3–5 millimetrə çatdıqda və ya hər üç-altı aydan bir buzun əridilməsi məsləhət görülür. Buzu təmizləmək üçün iti metal əşyalardan istifadə etmək olmaz, çünki bu, cihazı zədələyə bilər.
No Frost sistemi olan modellərin əl ilə buzunun əridilməsinə ehtiyac yoxdur. Bununla belə, belə dondurucuların da altı ayda və ya ildə bir dəfə təmizlənməsi tövsiyə edilir.
03:29 19.10.2026
Oxunuş sayı: 51